Saytımıza xoş gəldiniz!    
Bu sayımızda

  Redaktordan
  Panoram
  Nəzər nöqtəsi
  Əsas mövzu
  Müsahibə
  Aktual
  Təqdimat
  Təqvim

Redaktordan:
Tarixdə bəşəriyyətə məlum ilk sivilizasiyalar yarandığı dövrdən bəri onlardan birinin digərləri üzərində hakimiyyət iddiası da yaranmış və tarixi inkişaf prosesi gedişində bu sivilizasiyaların özlərinin və ya iqtisadi-siyasi formasiyalarının dəyişməsindən asılı olmayaraq, həmin iddia dəyişməmiş, "bütün dünya üzərində hakimiyyət" həvəsi minilliklərdən keçərək, nəsillərdən-nəsillərə ötürülərək, bu günümüzə gəlib-çıxmışdır.

Ana səhifə
Arxiv
No_9, 09.03.2000
No_10, 10.05.2000
No_11, 11.08.2000
No_12, 12.11.2000
No_13, 10.05.2001
Nəzər nöqtəi:
İslam Azərbaycanda

Son il yarım ərzində sürətlə bir-birini əvəz edən hadisələr ilk baxışdan gözlənilməz olsa da, Azərbaycanın dini mühitində öncədən yaranmış qeyri-müəyyən vəziyyətin obyektiv nəticəsi idi.
Müstəqillik qazanmış Azərbaycanın bütün sahələrdə olduğu kimi, dini mühitində də başlanan canlanma vəradikal dəyişikliklər din-dövlət münasibətləri sferasmda ciddi islahatlar tələb etsə də, 1992-ci ildə tələsik qəbul edilmiş və sonradan subyektiv təsirlər altında bir neçə əlavə ilə zənginləşdirilmiş "Dini etiqad azadlığı haqqında" qanun bu tələbləri ödəmək iqtidarmda deyildi.
ətraflı oxuyun
Əsas mövzu:
Terrora heç bir bəhanə ilə haqq qazandırmaq olmaz

Məşhur bir lətifə vardır: əqli cəhətdən xəstə olan bir nəfər ozunu arpa dənəsi hesab edirmiş. Uzun sürən müalicələrdən sonra onu inandırırlar.ki, arpa dənəsi deyildir. Amma sağalmış xəstə nədənsə xəstəxanadan çölə çıxmaq istəmir. Həkim səbəbini soruşanda cavab verir: «Mən buğda dənəsi olmadığıma inandım, amma axı toyuqlar buna inanmayacaqlar!»
İndi gəlin düşünək: Biz bütün ilahi dinlərin terrora qarşı çıxdığını məntiqi və elmi dəlillərlə isbat etdik. Bəs, görəsən, terroristlər özləri buna inanırlarmı?
ətraflı oxuyun
Aktual:
Erməni lobbisi xristian "kart"ı ilə oynayır

ABŞ Təmsilçilər Palatasının ermənilərlə sıx əlaqəsi olan 60 nəfər üzvü 5 mart 2002-ci il tarixdə ABŞ prezidenti Buşa məktub yazaraq, ondan "erməni soyqırımı" məsələsini tanımasını istəmişdir. Bundan bir qədər əvvəl – 28 fevral 2002-ci ildə Avropa Parlamenti sözdə də olsa, erməni soyqırımını iddia edən qətnaməni qəbul etdi.
ABŞ Arkanzas ştatının əməkdar bölgə vəkili və yazıçı Semuel A.Vims (Samuel A.Weems) erməni lobbisinin bu qədər uğurla səs toplaya bilməsini iki səbəblə bağlayır: pul və xristian "kartı".

Təqdimat:
Missioner təşkilatların statusu yeni prizmada

Azərbaycan ictimai fikrini 7 ildən artıqdır ki, narahat edən qeyri-ənənəvi təriqətlərlə nə etməli? Fəaliyyətinin dayandırılması dəfələrlə tələb olunan, mətbuat tərəfindən pozucu fəaliyyəti dəfələrlə işıqlandırılan, lakin hələ də beynəlxalq qurumların "coker kartı" olaraq qalan bu qeyri-ənənəvi təriqətlərin fəaliyyətinə hansı istiqamətdən yanaşmalı? İnsan haqları barədə demoqoji çıxışlara uyaraq tam sərbstlik verməkmi, ya "etiqad azadlığı" prinsiplərinə zidd olsa da fəaliyyətlərini dayandırmaqmı?

 

Bu sayımızda
Əsas mövzu
Terrora heç bir bəhanə ilə haqq qazandırmaq olmaz
Məşhur bir lətifə vardır: əqli cəhətdən xəstə olan bir nəfər ozunu arpa dənəsi hesab edirmiş. Uzun sürən müalicələrdən sonra onu inandırırlar.ki, arpa dənəsi deyildir. Amma sağalmış xəstə nədənsə xəstəxanadan çölə çıxmaq istəmir. Həkim səbəbini soruşanda cavab verir: «Mən buğda dənəsi olmadığıma inandım, amma axı toyuqlar buna inanmayacaqlar!»

ABŞ İraqdan nə istəyir?
Elə gün olmur ki, dünyanın televiziya kanalları və informasiya agentlikləri İraq haqqında xəbər yaymasınlar. Bu xəbərlərdə məlumat verilir: "İraqda külli miqdarda kimyəvi, bioloji, bakterioloji və ballistik silahlar var. İraq nüvə silahı istehsalına başlayıb; bu isə məntəqə, eləcə də butun dunya ucun təhlukədir". ABŞ-ın rəsmi səxsləri öz çıxışlarında İraqın BMT Təhlukəsizlik Şurasının 687 saylı qətnaməsinə əməl etməsinin və BMT-nin təftiş komissiyasının işləməsi ucun əlverisli sərait yaradılmasının vacibliyindən danışırlar. əks təqdirdə İraqa hərbi mudaxilə qaçılmaz olacaq.

Qloballaşma: mərkəz və ucqar
Ümumişlək leksikona axırıncı iki onillikdə daxil olsa da, qloballaşma mahiyyət etibarilə tarixi fenomendir. Tarixin nisbətən şəffaf hissəsi olan qədim yunan dövlətindən başlayaraq, müasir dunyada ABŞ hegemonluğu ilə səciyyələnən dövrə qədər bəşəriyyət müxtəlif formalarda təzahür etmiş qloballaşma proseslərinin şahidi olmuşdur. Müasir qloballaşma isə, onun dinamikliyini artıran və ona yeni çalar verən informasiya texnologiyalarının güclü inkişafı, ümumilikdə isə keçmişlə müqayisədə hadisələrin başvermə sürətinin xeyli dərəcədə artması ilə bağlıdır. Kanadalı informasiya mütəfəkkiri Marşal Makluhan hələ 70-ci illərdə informasiya texnologiyalarının inkişafının insan həyatında mühüm dəyişikliklərə səbəb olacağını söyləmişdi.

Tənəzzül təhlükəsi, yaxud Qərb "özgələr"dən öyrənə bilər
Kişvəri Məhbubani 1984-89-cu illərdə Sinqapurun BMT-də daimi nümayəndəsi vəzifəsində çalışmış, sonra Sinqapur xarici işlər nazirinin müavini və mülki xidmət fakultəsinin dekanı vəzifələrini tutmuşdur. Son illərdə yenidən Sinqapurun BMT-dəki nümayəndəsi və Təhlükəsizlik Şurasının sədri işləyib. Aşağıdakı məqaləni o, amerikalı politoloq Samuel Hantinqtonun 1993-cü ildə "Foreign Affairs" dərgisində nəşr etdirdiyi "Sivilizasiyaların toqquşması" ("Crash of civilizations") məqaləsinə cavab olaraq yazmışdır.

Terror geosiyasəti
Sovet İttifaqı dağıldıqdan sonra çoxları belə fikirləşirdi ki, artıq rahat nəfəs almaq olar; artıq Qərb - Şərq nüvə qarşıdurması sona çatdı, dünya liberal və demokratik prinsiplərlə yaşaya bilər. Lakin Sovet İttifaqının dağıdılmasından ötən 10 il göstərdi ki, qarşıdurma başa çatmamışdır; əksinə, yeni mərhələyə qədəm qoymuş, yeni forma və məzmun almışdır. XX əsrin 90-cı illərində baş vermiş hadisələr - Yaxın Şərqdəki hərbi əməliyyatlar, Yuqoslaviya müharibəsi, NATO-nun Şərqə doğru genişlənməsi, iqtisadi böhranlar, informasiya sisteminin inkişafı və s. bu kimi hadisələr ilk baxışdan adi və təbii qarşılansa da, əslində bu hadisələrin arxasında dünyanı qlobal şəkildə dəyişmək və «yeni dünya nizamı»na tabe etmək istəyi dururdu. Ancaq hələ hadisələrin kuliminasiya nöqtəsi - dünyanı sarsıdan 11 sentyabr hadisələri qabaqda idi.

Dünyanı bürüyən real təhlükə: etnik münaqişələr
XX əsrin son onilliyində dünya üçün soyuq müharibəni əvəz edən və bütün dünyanı bürüyən yeni bir təhlükə meydana çıxdı - etnik münaqişələr. Qərb dövlətlərinin hərbi-siyasi ittifaqı NATO-nun 1991-ci ildə qəbul olunmuş "Yeni strateji konsepsiya" adlı layihəsində göstərilirdi ki, artıq təşkilatın üzvlərinə əsas təhlükə qarşı tərəfdən hücum deyil, qeyri-sabitliyin əsas elementlərindən sayılan etnik münaqişələrdir.

Nəzər nöqtəsi
İslam Azərbaycanda
Jurnalımızın son sayının çapa getməsindən il yarımdan çox vaxt keçir. Bu müddət ərzində Azərbaycanın dini mühitində olduqca rəngarəng və zəngin hadisələr baş vermiş, əsaslı dəyişikliklər həyata keçmişdir. Bu məqalə, qısaca da olsa, keçən bu müddət ərzində baş verən hadisələrə şərh vermək cəhdindən ibarətdir.

Müsahibə
"Dinin dövlətdən ayrılığını mütləgləşdirmək olmaz"
- Rafiq müəllim, Dini Qurumlarla İş üzrə Dovlət Komitəsi yaradıldıqdan sonra Azərbaycanın dini mühitində musbət dəyisikliklər musahidə olunmaqdadır. Dini həyatda əvvəlki ətalət aradan qalxır, canlanma yaranır, din-dövlət munasibətlərinin keyfiyyətcə yeni təməl uzərində tənzim edilməsi istiqamətində pozitiv addımlar atılır. Bununla yanaşı, mətbuatda bəzən Dovlət Komitəsinin dini sahəyə həddən artıq fəal mudaxilə etməsi barədə məlumatlara da rast gəlmək mümkündür. Dindarların fikrincə, Komitə dovlət strukturu olduğundan, onun dini məsələlərə qarışmağa haqqı yoxdur. Misal üçün, məscidlərə rəhbərliyin təyin olunması, dini icmaların qeydiyyatı, hətta dini icmaların adlarının dəyisdirilməsi məsələlərinə Komitənin qarışması narahatlıq doğurur.

Aktual
Erməni lobbisi xristian "kart"ı ilə oynayır
ABŞ Təmsilçilər Palatasının ermənilərlə sıx əlaqəsi olan 60 nəfər üzvü 5 mart 2002-ci il tarixdə ABŞ prezidenti Buşa məktub yazaraq, ondan "erməni soyqırımı" məsələsini tanımasını istəmişdir. Bundan bir qədər əvvəl – 28 fevral 2002-ci ildə Avropa Parlamenti sözdə də olsa, erməni soyqırımını iddia edən qətnaməni qəbul etdi.

Qeyri-ənənəvi təriqətlərin fəaliyyətində erməni izi
Azərbaycan Respublikasında dini siyasət sferasında son bir neçə ayda musbət istiqamətdə aparılan islahatları, gətirilən yenilikləri cəmiyyətdə oz statusunu mohkəmləndirmək və nufuzunu genisləndirmək arzusunda olan bir sıra sekta və təriqətlər və onların himayədarları yenidən fəallasmaq ucun vasitə kimi istifadə etməyə çalışırlar. Belə ki, oz destruktiv mahiyyəti səbəbindən daima ictimaiyyət tərəfindən mənfi qarşılanan və leqallasa bilməyən bu təriqətlər son dovrlərdə dini siyasətdə olan yeniliklərdən, dovlətə və dovlət orqanlarına təzyiq metodu kimi istifadə edərək, fəaliyyət dairəsini genisləndirməyə və indiyə qədər qeydiyyatdan kecməmiş bir sıra qurumları leqallaşdırmağa cəhd gostərirlər.

Xalq diplomatiyası kimə sərf edir: Ermənistana, yoxsa Azərbaycana?
Son vaxtlar Azərbaycan mətbuatında daha çox yer ayrılan və işıqlandırılan mövzulardan biri də "xalq diplomatiyası"dır. Bu mövzu ilə bağlı tez-tez diskussiyalar təşkil edilir, mətbuatda iri yazılar dərc olunur, partiya funksionerləri və politoloqlar teledebatlara çıxır. Son 2 ildə isə Ermənistandan Azərbaycana, Azərbaycandan da Ermənistana gedib-gələnlərin sayı artıq o qədər artıb ki, elə təsəvvür yaranır ki, Ermənistan ilə Azərbaycan arasında heç bir münaqişə olmayıb, mövcud deyil, bu ölkə Azərbaycan torpaqlarının 20 %-ni işğal etməyib və milyondan çox vətəndaşımızı elindən-obasından didərgin salmayıb. Ermənistana səfər edən bəzi jurnalistlərimizin, orada özlərini etik normalardan kənar və Vətənə layiq olmayan şəkildə aparmalarını da yada salsaq, onda vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu və xeyrimizə olmadığını açıq-aşkar görmək olar.

Təqdimat
Missioner təşkilatların statusu yeni prizmada
Azərbaycan ictimai fikrini 7 ildən artıqdır ki, narahat edən qeyri-ənənəvi təriqətlərlə nə etməli? Fəaliyyətinin dayandırılması dəfələrlə tələb olunan, mətbuat tərəfindən pozucu fəaliyyəti dəfələrlə işıqlandırılan, lakin hələ də beynəlxalq qurumların "coker kartı" olaraq qalan bu qeyri-ənənəvi təriqətlərin fəaliyyətinə hansı istiqamətdən yanaşmalı? İnsan haqları barədə demoqoji çıxışlara uyaraq tam sərbstlik verməkmi, ya "etiqad azadlığı" prinsiplərinə zidd olsa da fəaliyyətlərini dayandırmaqmı?

Təqvim
İRAN: dünən, bu gün, sabah...
ABŞ-da 2001-ci il sentyabrın 11-də baş vermiş hadisələrdən və terror aktında siyasiləşmiş islamçı qüvvələrin iştirakı aşkarlandıqdan sonra müsəlman ölkələri təhrikçi və hətta əsassız ittihamlarla qarşılaşırlar; özü də əksər hallarda bu ittihamlar dini və ideoloji dözümlülük çərçivəsindən kənara çıxır. Bu təbliğat kampaniyasının əsas tərkib hissələrindən biri İslamın guya aqressiv və anti-humanist xarakteri, cəmiyyətdə totalitar üstünlük əldə etmək və dini dözümsüzlüyü qızışdırmağa çalışması barədə tezislərdən ibarətdir.

Materiallardan istifadə edərkən www.qutb.org saytına istinad zəruridir!
Copyright 2003, WWW.QUTB.ORG. All Rights Reserved
Sual və təklifləriniz: email@qutb.org